Qurban Yetirmişli: `Dünənki gücdə zəlzələ təkrarlana bilməz`

Qurban Yetirmişli: `Dünənki gücdə zəlzələ təkrarlana bilməz`
  11 Fevral 2014    Oxunub:1353
Hazırda respublika ərazisində, o cümlədən, dünən baş vermiş zəlzələnin episentrində seysmoloji baxımdan vəziyyət sakitdir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin sözlərinə görə, dünəndən sonra təkrar təkanlar qeydə alınmayıb.

Yetirmişli deyib ki, zəlzələ yerin 55 km dərinliyində olduğundan müəyyən vaxtdan sonra zəif təkanlar ola bilər :”Güclü zəlzələdən sonra adətən afterşoklar olur. Məsələn, Zaqatalada baş verən zəlzələdən sonra yüzlərlə zəif təkanlar oldu. Çünki o, dayaz yerdə baş vermiş zəlzələ idi. Həmin zəlzələ 8 km dərinlikdə baş vermişdi".

Yetirmişli bildirib ki, praktika zəlzəldən sonra təkanların qeydə alınmadığı halların olduğunu da göstərir: "Praktika göstərir ki, zəlzələ baş verdikdən sonra yeni təkanlar da baş verir, vəziyyət sakit də qalır və fon səviyyəsinə düşür. Hesab edirəm ki, yenidən zəlzələ olsa da, dünənki gücdə ola bilməz. Zəlzələ özününün maksimal gücünü dünən göstərib".

Onun sözlərinə görə, dünəndən sonra təkrar təkanların baş verməməsi enerjinin çox toplanmasına səbəb ola bilməz. Çünki ocaqdakı hərəkət tipi qırılıb-düşmədir: "Yəni 55 km dərinlikdə laylar dəstəsi qırılıb, ocaqda hansı prosesin baş verməsini araşdırırıq. Görürsən ki, burada hərəkət tipi yalnız qırılıb-düşmədir. O düşmənin nəticəsində də sakitlikdir. Ola bilər ki, müəyyən vaxtdan sonra - bu, bir neçə gündən sonra da, lap bu gün də ola bilər- layın hansısa qalan hissəsi qırılıb düşsün. Zəif təkanlar da onda ola bilər. Bunun da heç bir qorxusu yoxdur". (Trend)


Teqlər:





Xəbər lenti