Paşinyan ona “get” deyənlərə cavab verdi
“Parlaq Ermənistan” fraksiyasının katibi Gevorq Qorqisyan “Məğlubiyyətin simvoluna çevrilən hökumət başçısının getməli olduğunu niyə başa düşmürsünüz? Gedin və ölkəyə bərpa şansı verin", - deyə Paşinyana bildirib.
Baş nazir isə cavabında bəyan edib ki, xalqın adından xalq özü danışmalıdır.
“Ölkə rəhbərliyi bu fikri ifadə etmək üçün bir fürsət verməlidir və cəmiyyətin ayrı-ayrı dairələrinin fikri bütün xalqın səsi kimi qəbul edilməməlidir”, - Paşinyan əlavə edib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Paşinyan