Premyer Liqanın təqvimi müzakirə olundu

Premyer Liqanın təqvimi müzakirə olundu
  09 Dekabr 2020    Oxunub:1181
Dekabrın 9-da AFFA, Peşəkar Futbol Liqası (PFL) və Klublar Komitəsinin videokonfrans formatında növbəti birgə iclası keçirilib.
Azvision.az xəbər verir ki, iclasda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev, Premyer Liqa klublarının nümayəndələri və digər AFFA rəsmiləri iştirak ediblər.

İclasda mövcud vəziyyət nəzərə alınmaqla Azərbaycan Premyer Liqasının təqvimi müzakirə olunub, ətraflı fikir mübadiləsi aparılıb.

Müzakirə olunmuş məsələ ilə bağlı qərar Peşəkar Futbol Liqası tərəfindən qəbul olunacaq.

Azvision.az


Teqlər: AFFA  





Xəbər lenti