“Azərbaycana dəstəyimiz bundan sonra da davam edəcək” - Ərdoğan

“Azərbaycana dəstəyimiz bundan sonra da davam edəcək” -  Ərdoğan
  09 Dekabr 2020    Oxunub:2476
Şanlı Azərbaycan Ordusu Ermənistanın sentyabrın 27-də etdiyi hücumun ardından işğal altındakı Qarabağ və ətraf əraziləri azad etmək üçün uğurlu əməliyyat gerçəkləşdirdi.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər öncəsi keçirdiyi mətbuat konfransında deyib.

Ərdoğan bildirib ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Dağlıq Qarabağı işğaldan azad etdi. Bununla da Qarabağda 30 il davam edən ədalətsizliyə son qoyuldu.

Türkiyə lideri əlavə edib ki, can Azərbaycana dəstəyimiz bundan sonra da davam edəcək: "44 günlük çətin mübarizə sayəsində bu gün hilal və ulduz Qarabağ səmasında qürurla dalğalanır. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində Azərbaycanın yanında olacağıq".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti