Həmsədrlər həftəsonu regiona gəlir

 Həmsədrlər həftəsonu regiona gəlir
  09 Dekabr 2020    Oxunub:1512
"ATƏT-in Minsk qrupunun həmsədrləri həftəsonu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli barədə danışıqlar aparmaq üçün Bakı və İrəvana səfər edəcəklər"
Azvision.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker deyib.

Onun sözlərinə görə, Vaşinqton Azərbaycan və Ermənistanı ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində Qarabağ münaqişəsini həll etməyə çağırmaqda davam edir.

Riker, amerikalı həmsədr Endryu Şoferin Cenevrədə olduğunu və şənbə-bazar günləri Minsk qrupunun digər həmsədrləri birgə Bakı və İrəvana gedəcəyini deyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ATƏT   Minsk-Qrupu   Bakı   İrəvan  





Xəbər lenti