Kanada Senatı “DQR-in tanınması” layihəsini rədd etdi

Kanada Senatı “DQR-in tanınması” layihəsini rədd etdi
  09 Dekabr 2020    Oxunub:2479
Kanada Senatı qondarma “Dağlıq Qarabağ respublikasının müstəqilliyi"ni tanımaqdan imtina edib.
Azvision.az xəbər verir ki, bu barədə Senatın “Twitter” səhifəsində məlumat yerləşdirilib.

Qətnamə layihəsinin əleyhinə 53 senator, lehinə 16 nəfər səs verib, 5 senator isə bitərəf qalıb.

Qeyd edək ki, layihənin müəllifi ermənipərəst senator Leo Housakosdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Kanada   Senat  





Xəbər lenti