Paşinyan İrəvan küçələrinə zirehli geyimli şəxslər çıxarıb

Paşinyan İrəvan küçələrinə zirehli geyimli şəxslər çıxarıb
  09 Dekabr 2020    Oxunub:1457
İrəvanın ictimai yerlərində insanların zirehli jiletlərdə və xüsusi formalarda olması polislərə qarşı inamsızlığın nümunəsidir.
Azvision.az xəbər verir ki, bunu Ermənistan polisinin keçmiş rəis müavini Ovannes Koçaryan “Facebook” hesabında yazıb.

O, Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarlarının aksiyasında bəzi şəxslərin paytaxt küçələrində zirehli jiletlərdə olmasına diqqət çəkib:

"Onlara kimsə izah etsin ki, öz görünüşləri və boş sözləri ilə dinc aksiya iştirakçıları üçün hazır provokasiyalardır. Onların təkcə ictimai asayişin qounması ilə məşğul olmaları çatmırdı”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Paşinyan   İrəvan  





Xəbər lenti