SSRİ-nin sonuncu müdafiə naziri vəfat edib

SSRİ-nin sonuncu müdafiə naziri vəfat edib
  09 Dekabr 2020    Oxunub:1588
SSRİ-nin sonuncu müdafiə naziri, aviasiya marşalı Yevgeni Şapoşnikov 78 yaşında vəfat edib.
Azvision.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə “Rusiya Hərbi Rəislər Klubu” aparatının rəhbəri Nikolay Deryabin bildirib.

Onun sözlərinə görə, dəfn mərasimi Mıtişi şəhərindəki Federal Hərbi Memorial Qəbiristanlığında keçiriləcək. Keçmiş hərbi xidmət rəhbərinin ölümünün səbəbi barədə məlumat verilməyib.

Tibbi dairələr Şapoşnikovun koronavirus infeksiyasından dünyasını dəyişdiyini bildirirlər.

Qeyd edək ki, Y.Şapoşnikov 1942-ci ildə anadan olub, 1959-cu ildən Sovet Hərbi-Hava Qüvvələrində xidmət edib. 23 avqust tarixindən 26 dekabr 1991-ci il tarixinədək SSRİ Müdafiə naziri vəzifəsində çalışıb, 1992-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) Silahlı Qüvvələrinin Baş Komandanı təyin edilib.

Azvision.az


Teqlər: SSRİ   Rusiya  





Xəbər lenti