İ.Ağayev AzVision.az-a bildirib ki, dünyanın bütün qitələrini təmsil edən ölkələrdən, o cümlədən, inkişaf etmiş Qərb ölkələrindən mütəxəssis və elm adamlarının qatıldığı beynəlxalq konfrans olduqca məhsuldar və maraqlı keçib. Konfransda yeni media, sosial şəbəkələr, kommunikasiya və televiziya məsələləri ilə bağlı baxışlar, problemlər elmi səviyyədə müzakirə edilib. Beynəlxalq konfrans Türkiyənin bir çox məşhur universitetləri – Anadolu, Sakarya, Selcuq, İstanbul və sair universitetləri tərəfindən təşkil olunub.