Bakı Qələbə paradına hazırlaşır - VİDEO

Azvision.az -ın məlumatına görə, hazırda paytaxtın Azadlıq meydanında parada hazırlıq işləri davam edir.
Məlumata görə, döyüş əməliyyatları zamanı fərqlənən hərbi qulluqçuların bir qismi paradda keçid edəcəklər. Paradda, həmçinin bir sıra silah və texnika, pilotsuz uçuş aparatlarının nümunələri və aviasiya vasitələri nümayiş olunacaq. Eləcə də düşməndən qənimət olaraq götürülən hərbi texnikaların da nümayiş etdiriləcəyi bildirilir.
Video: Əhməd Xəlilov
Azvision.az