Bakıda zəncirvari qəza baş verib

Bakıda zəncirvari qəza baş verib
  10 Fevral 2014    Oxunub:2311
Bakıda ürəkləri ağıza gətirən zəncirvari qəza baş verib.
Bakının ən böyük prospektində zəncirvari yol qəzası olub.

AzVision.az.az Milli.az-a istinadən xəbər verir ki, Heydər Əliyev prospektində 3 maşın toqquşub. 2 "Mercedes" və "VAZ-2107" bir-birinə dəyib.

Qəza zamanı "VAZ-2107"də olan ailə üzvləri xəsarət alıblar.

Qəzaya düşən "Mercedes"lərdən biri xarab olduğundan yolun kənarında saxlayaraq evakuator gözləyirmiş. Hərəkətdə olan "VAZ-2107" isə yol kənarında dayanmış "Mercedes"i görərək sürəti azaldıb. Bu zaman arxadan gələn başqa bir "Mercedes" arxadan "VAZ-2107"ni vurub. "VAZ-2107" isə xarab olan "Mercedes"ə dəyərək hərəsi bir tərəfə düşüb. "Jiquli"də olan ailə üzvləri xəsarət alıblar, azyaşlı uşaqlar şoka düşüblər.

Qeyd edək ki, jurnalistlər orda olan zaman hadisə yerində nə yol polisi, nə də təcili yardım maşını görsənmirdi.


Teqlər:





Xəbər lenti