“Erməni əsgərləri meyitlərin yanında yatır” - VİDEO

 “Erməni əsgərləri meyitlərin yanında yatır” -  VİDEO
  28 Noyabr 2020    Oxunub:3888
Ermənistanda əsgər valideynlərinin etiraz aksiyası davam edir.
Azvision.az xəbər verir ki, dünən hökumət binası qarşısında keçirilən aksiyadan sonra valideynlərdən biri Paşinyanın onunla aşağılayıcı tonda danışdığını bildirib:

“Narazı əsgər valideynləri olaraq Paşinyanla görüşdük. Dedim ki, baş nazir Qarabağda qalan hərbçilərimizlə bağlı real vəziyyəti bilmir. Köməkçiləri ona səhv məlumatlar verir.
Nikola 18-20 yaşlı çağırışçıların Ermənistanda xidmətlərini davam etdirmək üçün geri qayıtmasını tələb etdiyimizi, başqa istəyimizin olmadığını dedik. Ona əsgərlərini unutduğunu söylədim. Problem ondadır ki, əsgərlərimiz cəsədlərin yanında yerdə yatırlar. Baş nazir bizi yerləşdirmə məsələlərinin qısa müddətdə həll olunacağına inandırmağa çalışdı. Cavab verdim ki, mən buna inanmıram!"



Əsgər atasının sözlərinə görə, onlar övladlarını şəxsi imkanları hesabına Ermənistana gətirməyi təklif ediblər: "Dedik ki, əsgərləri oradan gətirə bilmirsinizsə, biz gedib gətirək. Nikol cavab verdi ki, bu cinayət əməlidir. Mən də, “bilirəm, amma hökumət bizi cinayət törətməyə məcbur edir”, deyə bildirdim".

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Qarabağ   Əsgər-valideynləri   Etiraz-aksiyası  





Xəbər lenti