Yaşayış yerini tərk edən COVID-19 xəstələri saxlanıldı

Yaşayış yerini tərk edən COVID-19 xəstələri saxlanıldı
  28 Noyabr 2020    Oxunub:2399
Qubada yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlayıblar. Araşdırmalarla həmin şəxsin rayon sakini Mübariz Şirinov olduğu müəyyən edilib.

Ona koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də, ancaq Mübariz Şirinov qaydaları pozaraq Bakı şəhərinə getmək istəyib. Dərhal həmin əraziyə həkim briqadası dəvət edilib və təcili tibbi yardım avtomobili ilə M.Şirinov yaşadığı ünvana geri qaytarılıb. Oxşar faktlar Siyəzən, Xaçmaz və Xızı rayonlarında da qeydə alınıb.

Belə ki, Siyəzən Rayon sakini Yusif Vəliyevə, Xaçmaz rayon sakini Sərdar Sərdarova və Xızı rayon sakini Səfaqət Abasovaya COVID-19 infeksiyası testlərinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin adı çəkilən şəxslər təyin edilən qaydalara baxmayaraq, yaşayış yerlərini tərk ediblər.

Polis əməkdaşları tərəfindən qaydaları pozan hər üç şəxsin qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar. COVID-19 infeksiyasının daşıyıcısı olan şəxslərlə profilaktik söhbətlər aparılıb və tam sağalanadək evdən çıxmamaları barədə ciddi xəbərdarlıq edilib. Həmin şəxslərin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Rayon Polis Şöbələrində araşdırmalar aparılır.

Bundan başqa, Ağsu şəhər sakini Gülalı Əliyevin COVID-19 testinin nəticəsi pozitiv olduğuna görə ona ev şəraitində müalicə təyin edilib, qaydalar izah olunub və qoyulan tələblərə riayət etməsi tapşırılıb.

G.Əliyev qaydaları pozmaqla olduğu ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb. O, rayon ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb, həkimlərin də iştirakı ilə yaşadığı evə geri qaytarılıb. Ağsu Rayon Polis Şöbəsində G.Əliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayonun İbrahimhacılı kənd sakini Sakit Gülməmmədovun ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, Qazax rayonuna getməsi aşkarlanıb. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə S.Gülməmmədov yaşadığı evə göndərilib.

Onun barəsində RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: COVID-19  





Xəbər lenti