Azərbaycanda daha 32 nəfər COVID-19-dan öldü

  26 Noyabr 2020    Oxunub : 1893
 Azərbaycanda daha 32 nəfər COVID-19-dan öldü
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 3705 yoluxma faktı qeydə alınıb, 1609 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 106 min 101 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 68 min 572 nəfər müalicə olunaraq sağalıb, 1256 nəfər vəfat edib. Aktiv xəstə sayı 36273 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 665 min 832 test aparılıb. Bugünkü test sayı isə 19178-dir.

Azvision.az

Teqlər: Koronavirus