Piyadanı vurub qaçan sürücü tapıldı

  25 Noyabr 2020    Oxunub : 1116
Piyadanı vurub qaçan sürücü tapıldı
Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azadlıq prospektində T.Qürbətovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Y.İbrahimli idarə etdiyi “Toyota” markalı avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN