İtaliya şəhərlərində Bayraq günü qeyd edildi
Roma şəhərində “The Fontana della Dea Roma” meydanında italiyalı musiqiçilərinin müşayəti ilə “Ay Laçın” mahnısını ifa edən gənclər şəhər sakinlərinin diqqətini çəkiblər.
Tədbir iştirakçıları işğalçı Ermənistan Ordusunun hərbi təxribatlarına, Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi vandalizm aktlarına, münaqişə bölgəsindən uzaqda yerləşən günahsız insanların, körpə uşaqların qətlə yetirilməsinə, mülki obyektlərin dağıdılmasına dair hazırlanan məlumatverici lövhələr, plakatlar vasitəsi ilə Qarabağ həqiqətlərini İtalya cəmiyyətinin diqqətinə çatdırmağa çalışıblar. Gəncə və Bərdə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində erməni terrorunun qurbanı olmuş şəxslərin xatirəsi yad edilib.
Azvision.az
Teqlər: İtaliya