GUAM-dan Şuşa ilə bağlı təbrik

GUAM-dan Şuşa ilə bağlı təbrik
  09 Noyabr 2020    Oxunub:2541
GUAM katibliyi 8 noyabr 2020-ci il tarixində Şuşa şəhərinin 28 il 6 aylıq işğaldan sonra azad olunması münasibətilə Azərbaycanı təbrik edib.
Azvision.az xəbər verir ki, bu barədə qurumun “Facebook” səhifəsində məlumat paylaşılıb.

Təbrikdə deyilir: “Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinin və ərazi bütövlüyünün tam şəkildə və tezliklə bərpa olunmasını arzu edirik”.

Xatırladaq ki, GUAM-a Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova daxildir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Şuşa   GUAM  





Xəbər lenti