Türkiyədə koronavirusdan daha 84 nəfər ölüb

Türkiyədə koronavirusdan daha 84 nəfər ölüb
  09 Noyabr 2020    Oxunub:1301
Türkiyədə son sutka ərzində 84 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib, 2516 yeni yoluxma faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, bununla pandemiya qurbanlarının sayı 10 887, virusa yoluxanlar isə 395 255 nəfərə çatıb.

Türkiyədə indiyədək pasiyent 338 239 (son sutkada 2 018 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az



Teqlər: Türkiyə   virus  





Xəbər lenti