“Bakıda xaş yeyəcəyəm” deyən erməni tankçı məhv edildi - FOTO

 “Bakıda xaş yeyəcəyəm” deyən erməni tankçı məhv edildi -  FOTO
  08 Noyabr 2020    Oxunub:4164
Azərbaycan Ordusunun keçirdiyi uğurlu hərbi əməliyyatlar zamanı ermənilərin “məşhur” tankçısı Sasun Tətikyan məhv edilib.
Azvision.az xəbər verir ki, erməni mətbuatı onun "Qafqaz 2020" hərbi təlimində parlaq nəticələr əldə etdiyini və tezliklə Bakını da işğal etmək arzusunda olduğunu yazıb:

“Sasunun bir devizi var idi: “tezliklə Bakıda xaş yeyəcəyik”. Bu arzu ilə 30 sentyabrda Qarabağda döyüşlərə qatılmışdı. Atası Zöhrab Tətikyan oğlu haqqında ağlayaraq deyir- “Oğlum “xaş yeməyə Bakıya gedirik” deyib “Artsax”a (Dağlıq Qarabağ-red) yola düşdü. Ayın 13-dən bəri əlaqə saxlaya bilmədik. Sonuncu dəfə qardaşımla ayın 15-də danışdı və həmin gündən sonra heç bir məlumatımız olmadı”.

Sasunun ölümü ilə bağlı bir neçə müəmmalı versiya olub ki, onlardan biri də Tətikyanın vurulan tankına köməyin gəlməməsidir:



“Zəng edib köməyə çağırıblar, ancaq əlaqə kəsilib və kömək gəlmədən tankda olan oğlanlar ölüblər. Digər versiyaya görə, mövqe tutmağa çalışarkən Azərbaycan dronlarının zərbəsindən sonra ölüblər. Bu iki versiyanı eşitmişəm və hərbi hissəyə gedəndə hadisənin baş vermə səbəbini daha dəqiq biləcəyəm. Amma bundan sonra hadisənin necə baş verməsinin nə əhəmiyyəti var”.

Bakıda xaş yeməyi arzulayan Tətikyanın digər xidmət yoldaşları da Azərbaycan Ordusunun sərrast zərbələri ilə məhv edilib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Qarabağ   Döyüş  





Xəbər lenti