Gürcüstanda yoluxma və ölüm halları artır

Gürcüstanda yoluxma və ölüm halları artır
  08 Noyabr 2020    Oxunub:1734
Gürcüstanda son sutka ərzində 2901 nəfər koronavirusa yoluxub, 34 pasiyent vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

Ölkə üzrə ümumi yoluxma sayı 57 753-ə çatıb. İndiyədək 42 572 xəstə sağalıb, 475 nəfər dünyasını dəyişib. Hazırda karantində 2964, stasionar nəzarətdə isə 4691 nəfər saxlanılır.

Qeyd edək ki, son vaxtlar Gürcüstanda yoluxma sayında ciddi artım müşahidə edilir.

Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti