Koronavirusa yoluxanların sayı 50 milyonu keçdi

 Koronavirusa yoluxanların sayı 50 milyonu keçdi
  08 Noyabr 2020    Oxunub:1766
Dünyada koronavirus infeksiyasına yoluxanların və bu xəstəlikdən ölənlərin sayı artmaqda davam edir.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, dünya ölkələri üzə yoluxma sayı 50 milyon 263 min 740, pandemiya qurbanlarının sayı isə 1 milyon 256 min 352 nəfərə çatıb.

İndiyədək 35 milyon 549 min 694 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti