“Azərbaycan tezliklə tam qələbə qazanacaq” - Kanadalı jurnalist

 “Azərbaycan tezliklə tam qələbə qazanacaq” -    Kanadalı jurnalist
  07 Noyabr 2020    Oxunub:2177
Ermənistanda və Gürcüstanda fəaliyyət göstərən kanadalı jurnalist Neil Hauerin Səudiyyə Ərəbistanının ingilisdilli “Arabnews” qəzetində dərc edilmiş “Dağlıq Qarabağ münaqişəsində tezliklə həlledici məqam ola bilər” sərlövhəli məqaləsində Azərbaycan Ordusunun cəbhədə böyük qələbələr qazandığı bildirilir.
Azvision.az xəbər verir ki, cəbhə bölgəsində - Xankəndi və Şuşada olmuş kanadalı jurnalist Ermənistan silahlı qüvvələrinin artıq tamamilə məğlub olması və bütün Dağlıq Qarabağın Azərbaycan Ordusunun nəzarətinə keçəcəyi barədə fikirlərini bölüşüb. Qeyd edib ki, yaxın vaxtlarda müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatacaq.

Prezident İlham Əliyevin “Şuşa bizim tarixi şəhərimizdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar” sözlərini sitat gətirən kanadalı jurnalist qeyd edib ki, sıldırım qayaların əhatəsində yerləşən bu şəhərin Azərbaycan Ordusunun nəzarətinə keçməsi Ermənistanın bütün Dağlıq Qarabağı itirməsi demək olacaq.

Azvision.az



Teqlər: Kanada   Azərbaycan  





Xəbər lenti