Gürcüstan komendant saatı tətbiq edir

 Gürcüstan komendant saatı tətbiq edir
  07 Noyabr 2020    Oxunub:1708
Gürcüstanda noyabrın 9-dan koronavirusla mübarizə məqsədilə komendant saatı tətbiq ediləcək.
Azvision.az xəbər verir ki, bu barədə Baş Nazirin müavini Maya Tskitishvili bildirib.

Onun sözlərinə görə, böyük şəhərlərdə axşam saat 22:00-dan səhər 05:00-dək avtomobil və piyadaların hərəkətinə məhdudiyyət tətbiq edilir.

“Bu, həm piyadalara, həm avtomobillərə aiddir”, - deyə Baş Nazirin müavini əlavə edib.

Xatırladaq ki, Gürcüstanda koronavirusa gündəlik yoluxma və ölüm sayı kəskin artıb. Təkcə bu gün 2859 nəfər vurusa yoluxub, 18 pasiyent vəfat edib. Ümumilikdə ölkədə yoluxma sayı 54 852, ölənlərin sayı isə 441 nəfərə çatıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: koronavirus  





Xəbər lenti