Ermənistanda bütün məhsullar kəskin bahalaşıb

 Ermənistanda bütün məhsullar kəskin bahalaşıb
  07 Noyabr 2020    Oxunub:2118
Qarabağda döyüş əməliyyatları başlayandan bəri Ermənistanda ərzaq məhsullarının qiyməti kəskin bahalaşıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Statistika Komitəsinin cari ilin oktyabr ayı üçün açıqladığı hesabatda deyilir. Belə ki, sentyabr ayı ilə müqayisədə şəkər - 11,4%, bitki yağı - 7,5, tərəvəz – 2,2 % bahalaşıb.

Yumurtanın qiyməti son bir ayda 4.1% bahalaşıb. İşğalçı ölkədə ət və ət məhsulları, o cümlədən balığın qiyməti artıb.

Bahalaşma özünü yanacaq və sürtkü yağları, məişət texnikası, mebel, yuyucu vasitələr, geyim(2,7), ayaqqabı (4.8) və digər məhsullarda da göstərib. Həmçinin, benzin və dizelin qiymətlərində artım var.

Erməni ekspertlər hesab edirlər ki, hərbi əməliyyatların davam edəcəyi təqdirdə ölkədə bahalaşma daha sürətlə gedəcək, bundan əlavə, qıtlıq, qida çatışmazlığı yaranacaq, sosial problemlər daha da dərinləşəcək. Onların sözlərinə görə, hazırkı hökumət ölkəni dərin böhrandan çıxarmaq gücündə deyil.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti