“Cinayətlərdən əl çəkin!” - Vanyan Paşinyana müraciət etdi

  “Cinayətlərdən əl çəkin!”  - Vanyan Paşinyana müraciət etdi
  07 Noyabr 2020    Oxunub:8219
Qafqaz Sülh Təşəbbüsləri Mərkəzinin direktoru, Tavuş bölgəsinin Nerkin Tsaxkavan kəndindən olan Georgi Vanyan Ermənistanın baş naziri Nikol Paşinyana müraciət ünvanlayıb.

Azvision.az -ın məlumatına görə, müraciətdə deyilir:
“Ermənistan Respublikası çoxdan öz vətəndaşlarına qarşı törətdiyi cinayətlərdə həddini aşıb. Bu yalan üzərində qurulmuş cinayətlərlə dolu “qələbə”ləri dayandırın - qonşuya qalib gəlməzlər, qonşu ayaq altına alınmaz, qonşu məhv edilməz. Qonşu ilə danışarlar, danışarlar, ta ki, eyni dildə danışmağı bacarana, ortaq fikrə gələnə kimi.

Qonşuların bir-birini məhv etmək inersiyası tərəflərin özlərini məhv etməsinə aparan yoldur. “Strateji müttəfiq”in xilasedici gücü haqda cinayətkar yalanları unudun və ondan çəkinin. Bu mövcud davamlı qırğınlar şəraitində axmaqcasına müttəfiq axtarışından, beynəlxalq ictimaiyyətdən "soyqırıma" məruz qalmağınızı tanımaları kimi rüsvayçı ümid dilənməkdən əl çəkin. Fəaliyyətsizliyi, millətçi tabuların cinayət ətalətini dəf edin. Son 30 ildə, xüsusən də bu gün bir müttəfiqimiz ola bilərdi və o, elə qonşu Azərbaycandır. Danışın, qorxmadan həmkarınızın üzünə baxın”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti