Türkiyədə azərbaycanlılar üçün xəstəxana tikilir
O, bildirib ki, Türkiyənin Iğdır şəhərində tikilən xəstəxana əsasən qonşu ölkələrə xidmət edəcək.
43 milyon lirəyə başa gələn xəstəxana 256 yataqdan ibarət olacaq. Xəstəxananın tikintisinə 2012-ci ildən başlanılıb və bu ilin mart ayında təhvil verilməsi gözlənilir.
B.Kaya bildirib ki, Türkiyəyə daha çox azərbaycanlı xəstələr müalicə üçün üz tutur. O, qeyd edib ki, Iğdır bölgəsi də Azərbaycanla sərhəddə yerləşdiyi üçün xəstələrin daha rahat Türkiyədə müalicə almasına şərait yaradacaq.
Fatimə Kərimli