Düşməni darmadağın edən igidlərimiz - VİDEO

  24 Oktyabr 2020    Oxunub : 3918
 Düşməni darmadağın edən igidlərimiz -  VİDEO
Azərbaycan Ordusunun artilleriya bölmələrinin cəsur hərbçiləri düşmənə sarsıdıcı zərbələr vuraraq, torpaqlarımızın işğaldan azad edilməsində misilsiz fədakarlıqlar göstərirlər. Artilleriya bölmələrimizin bu uğurlarının əsasında vətənpərvərlik ruhunun və döyüş əzminin sarsılmaz olması ilə yanaşı, hərbçilərimizin yüksək peşəkarlığı dayanır.
Azvision.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla təqdim etdiyi növbəti videoda Azərbaycan Ordusunun artilleriya bölmələrindən birinin zabiti düşmənin artilleriya bölmələrini, döyüş texnikalarını və canlı qüvvəsinin məhv edildiyini, şəxsi heyətin qələbə əzminin yüksək olduğunu diqqətə çatdırıb. Hərbçilərimiz Müzəffər Ali Baş Komandanımızın dediyi kimi, üçrəngli bayrağımızı Şuşada dalğalandırılacağına sonsuz inam və əminlik nümayiş etdiriblər.



Azvision.az

Teqlər: Ordu   Əsgər   Döyüş