Türkiyədə daha 59 nəfər virusun qurbanı oldu

Türkiyədə daha 59 nəfər virusun qurbanı oldu
  12 Oktyabr 2020    Oxunub:2087
Türkiyədə son sutka ərzində 59 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Onun sözlərinə görə, pandemiya qurbanlarının sayı 8837-ə çatıb. Virusa yoluxanların sayı son sutkada 1502 nəfər artaraq 335 533-ə yüksəlib.

Türkiyədə indiyədək 294 357 pasiyent (son sutkada 1212 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   koronavirus  





Xəbər lenti