Lavrov və Çavuşoğlu Qarabağı müzakirə edib

Lavrov və Çavuşoğlu Qarabağı müzakirə edib
  11 Oktyabr 2020    Oxunub:3524
Türkiyə və Rusiyanın xarici işər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, tərəflər Dağlıq Qarabağdakı mövcud vəziyyəti müzakirə ediblər.

Məlumata görə, söhbət zamanı Türkiyənin XİN başçısı Lavrovdan atəşkəsə əməl etməsi üçün Ermənistana xəbərdarlıq olunmasını istəyib.

Lavrov isə Rusiyanın Dağlıq Qarabağla bağlı vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu təsdiqləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Lavrov   Çavuşoğlu   Qarabağ  





Xəbər lenti