“Qarabağ azad olunana qədər mübarizə davam edəcək” - Ərdoğan

 “Qarabağ azad olunana qədər mübarizə davam edəcək” -  Ərdoğan
  02 Oktyabr 2020    Oxunub:5730
İşğal etdiyi ərazilərdən çəkilməyən Ermənistan bununla kifayətlənməyərək növbəti dəfə Azərbaycana hücum etdi, amma bu dəfə çox ağır cavab aldı.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konyada xəstəxananın açılış mərasimində deyib.

O bildirib ki, Azərbaycan Ordusunun uğurlu əks-həmlə əməliyyatı ilə bir çox ərazilər işğaldan azad olunub.

“Bütün imkanlarımızla, qəlbimizlə dost və qardaş Azərbaycanın yanındayıq və yanında olacağıq. İnşallah, Qarabağ işğaldan azad edilənə qədər bu mübarizə davam edəcək”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti