Ermənistanda COVID-19-dan ölüm sayı artdı

Ermənistanda COVID-19-dan ölüm sayı artdı
  17 Sentyabr 2020    Oxunub:1842
Ermənistanda son sutka ərzində daha 295 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 46 671 nəfərə çatıb.

Son sutkada Ermənistanda 2 xəstə ölüb və virusa yoluxma nəticəsində ölənlərin sayı 925 nəfər olub. İndiyədək 42 231 xəstə sağalıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Ermənistan   Koronavirus   Pandemiya  





Xəbər lenti