Gürcüstanda koronavirusla bağlı son vəziyyət

Gürcüstanda koronavirusla bağlı son vəziyyət
  17 Sentyabr 2020    Oxunub:1823
Gürcüstanda son sutka ərzində daha 179 nəfər koronavirusa yoluxub. Ölkə üzrə ümumi yoluxma sayı 2937-yə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

İndiyədək 1422 pasiyent sağalıb, 19 nəfər dünyasını dəyişib. Hazırda karantində 6633, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.

Qeyd edək ki, son günlər Gürcüstanda yoluxma sayında ciddi artım müşahidə edilir. Ölkədə pandemiyanın ikinci dalğasının başladığı elan olunub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus   Pandemiya  





Xəbər lenti