Braziliyada bir gündə 987 nəfər virusdan öldü

Braziliyada bir gündə 987 nəfər virusdan öldü
  17 Sentyabr 2020    Oxunub:1705
Braziliyada son 24 saat ərzində 987 nəfər koronavirusun qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Braziliyada COVID-19 virusundan ölənlərin sayı 134 106-ya yüksəlib. Yoluxma sayı son sutkada 36 820 nəfər artaraq 4 419 83-ə çatıb. İndiyədək 3 720 312 xəstə sağalıb.

Braziliya Latın Amerikasında "epidemiyanın mərkəzi" olaraq xarakterizə edilir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Koronavirus   Braziliya  





Xəbər lenti