Ərdoğan Merkellə Aralıq dənizini müzakirə etdi

Ərdoğan Merkellə Aralıq dənizini müzakirə etdi
  17 Sentyabr 2020    Oxunub:1935
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya Kansleri Angela Merkel arasında videokonfrans formatında görüş keçirilib.
Azvision.az xəbər verir ki, onlayn görüşdə Şərqi Aralıq dənizi əsas olmaqla, bölgədəki vəziyyət müzakirə olunub.

Ərdoğan bildirib ki, Aralıq dənizi məsələsində Türkiyə ədalətli və prinsipial olaraq qərarlı, eləcə də aktiv siyasət yürüdəcək.

Bundan əlavə, qeyd olunub ki, konstruktiv və ədalətli yanaşma olduğu müddətdə fikir ayrılıqlarının danışıqlar yolu ilə həlli mümkündür.

Azvision.az


Teqlər: Ərdoğan   Merkel  





Xəbər lenti