“Elman Babayeva uğurlar arzulayıram” - Keçmiş mətbuat katibi

“Elman Babayeva uğurlar arzulayıram” - Keçmiş mətbuat katibi
  28 Yanvar 2014    Oxunub:1672
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq müdiri İlham Məmmədov bu vəzifəyə təyinat alan Elman Babayeva uğurlar arzulayıb.

İlham Məmmədov AzVision.az-a açıqlamasında bildirib ki, nazirliyin adıçəkilən şöbəsində çalışan bütün əməkdaşlar peşəkarlardır: “Ona işlərində uğurlar arzulayıram. İctimaiyyətlə Əlaqələr Şöbəsində çalışan işçilərin hamısı öz işlərini bilən peşəkarlardır”.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini bundan sonra Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətinin rəhbəri Elman Babayev icra edəcək.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti