Gürcüstanda koronavirusa yoluxma yenidən artdı

 Gürcüstanda koronavirusa yoluxma yenidən artdı
  15 Sentyabr 2020    Oxunub:2868
Gürcüstanda son sutka ərzində daha 170 nəfər koronavirusa yoluxub. Ölkə üzrə ümumi yoluxma sayı 2562-yə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

İndiyədək 1369 pasiyent sağalıb, 19 nəfər dünyasını dəyişib. Hazırda karantində 6633, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.

Qeyd edək ki, son günlər Gürcüstanda yoluxma sayında ciddi artım müşahidə edilir. Ölkədə pandemiyanın ikinci dalğasının başladığı elan olunub.

Azvision.az



Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti