İlon Mask bir gündə 16,3 milyard dollar itirdi

   İlon Mask bir gündə 16,3 milyard dollar itirdi
  09 Sentyabr 2020    Oxunub:3587
“Tesla” və “SpaceX” kimi qabaqcıl texnologiya şirkətlərinin təsisçisi İlon Mask dünyanın ən zəngin şəxslərinin siyahısında altıncı yerdə qərarlaşıb.
Azvision.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunub ki, Maskın ilk beşlikdən çıxmasına səbəb şirkətin səhmlərinin ucuzlaşmasıdır. Belə ki, İlon Mask bir gündə 16,3 milyard dollar itirib. Hazırda 49 yaşlı Maskın varidatı 82,2 milyard dollardır. Onun şirkətinin səhmlərinin qiyməti 330,21 dollara düşüb.

Qeyd edək ki, dünyanın ən varlı adamı “Amazon” onlayn alış-veriş şirkətinin rəhbəri, varidatı 186 milyard dollar məbləğində dəyərləndirilən Cef Bezosdur. İkinci yerdə olan “Microsoft” şirkətinin təsisçisi Bill Qeyts 121 milyard dollara sahibdir.

“Facebook” sosial şəbəkəsinin təsisçisi Mark Zukerberq 3-cü yerdə qərarlaşıb. Onun 103 milyard dolları var. Dördüncü sırada 85,5 milyardlıq sərvətlə Louis Vuitton Moët Hennessy qrupunun prezidenti Bernar Arno, beşinci isə 82,4 milyardı olan investor Uorren Baffet qərarlaşıb.

Azvision.az


Teqlər: Milyarder   Tesla  





Xəbər lenti