“Pianoçu”nun ssenari müəllifi vəfat etdi

“Pianoçu”nun ssenari müəllifi vəfat etdi
  09 Sentyabr 2020    Oxunub:2163
Britaniyalı tanınmış dramaturq və ssenarist Ronald Harvud 85 yaşında vəfat edib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, yazıçı Sasseks şəhərindəki evində dünyasını dəyişib.

Qeyd edək ki, Harvud 2003-cü ildə məşhur “Pianoçu” filminə görə “Ən yaxşı uyğunlaşdırılmış ssenari” nominasiyası üzrə Oskara layiq görülüb. O, 2008-ci ildə "Skafandr və kəpənək" filminin ssenarisinə görə isə BAFTA mükafatını qazanıb. 2010-cu ildə Ronald Harvuda ssenari müəllifi kimi “Cəngavər” titulu verilib.

Azvision.az


Teqlər: “Pianoçu”  





Xəbər lenti