İtaliyada COVID-19-a yoluxma sayı 280 mini keçdi

İtaliyada COVID-19-a yoluxma sayı 280 mini keçdi
  09 Sentyabr 2020    Oxunub:3076
İtaliyada son sutka ərzində 1370 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Bildirilib ki, İtaliyada indiyədək koronavirusa yoluxanların ümumi sayı 280 min 153 nəfərdir.

Son bir gündə pandemiya qurbanlarının sayı 10 nəfər artaraq 35 min 563-ə çatıb, 210 min 801 xəstə müalicə olunaraq sağalıb.

Azvision.az


Teqlər: İtaliya   Koronavirus   Pandemiya  





Xəbər lenti