Türkiyədə son sutkada 52 nəfər koronavirusdan ölüb

   Türkiyədə son sutkada 52 nəfər koronavirusdan ölüb
  09 Sentyabr 2020    Oxunub:4238
Türkiyədə son sutka ərzində 52 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 1761 yeni yoluxma faktı qeydə alınıb. Pandemiya qurbanlarının sayı 6782, virusa yoluxanlar isə 283 270 nəfərə çatıb.

Türkiyədə indiyədək 253 245 pasiyent (son sutkada 1093 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti