“Çin ABŞ-a Rusiyadan daha böyük təhlükə yaradır” - Pompeo

 “Çin ABŞ-a Rusiyadan daha böyük təhlükə yaradır” -  Pompeo
  03 Sentyabr 2020    Oxunub:2048
Çin Kommunist Partiyası ABŞ-a Rusiyadan daha böyük təhlükə yaradır.
Azvision.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo “Fox News”a müsahibəsində deyib.

"Birləşmiş Ştatlar üçün yeganə və ən böyük xarici təhlükə Çin Kommunist Partiyasından gəlir" - deyən Pompeo Çin Kommunist Partiyasının hərbi potensialını artırdığını vurğulayıb.

Dövlət katibinin sözlərinə görə, Çin ABŞ-da on minlərlə iş yerlərini məhv etmək üçün iqtisadi gücündən istifadə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin  





Xəbər lenti