Kadırov qızını nazir müavini təyin etdi

 Kadırov qızını nazir müavini təyin etdi
  02 Sentyabr 2020    Oxunub:3020
Çeçenistan rəhbəri Ramzan Kadırovun böyük qızı Ayşat respublikanın Mədəniyyət nazirinin birinci müavini təyin edilib.
Azvision.az xəbər verir ki, bu barədə Çeçenistan lideri özünün “Telegram” kanalında açıqlama yayıb.

“Dostlar, Ayşat Kadırova Çeçenistan Respublikasının mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edildi. Onu həyatındakı növbəti mühüm hadisə münasibətilə ürəkdən təbrik edirəm”, - deyə Ramzan Kadırov yazıb.

Onun fikrincə, qızının bu vəzifəyə təyin edilməsi tamamilə düşünülmüş qərardır:

“Gənc olmasına baxmayaraq, o, mədəniyyət sahəsi də daxil olmaqla ən mürəkkəb və irimiqyaslı layihələrin idarəedilməsində zəngin təcrübəyə malikdir”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çeçenistan  





Xəbər lenti