Pakistanda tanışlıq proqramları bloklandı

Pakistanda tanışlıq proqramları bloklandı
  02 Sentyabr 2020    Oxunub:2465
Pakistanın Telekommunikasiya idarəsi beş tanışlıq tətbiqini bloklayıb.
Azvision.az xəbər verir ki, bu barədə “La Pressе” yazıb.

Məlumata görə, Pakistanda bundan sonra insanlar Tinder, Grindr, Tagged, Skout və SayHi tətbiqlərindən istifadə imkanlarını itirəcəklər.

Əvvəllər tənzimləyici şirkətlərin rəhbərlərinə proqramların "əxlaqsız" məzmun yayımının dayandırılmasını tələb edən bildiriş göndərilib. Xüsusilə də tanışlıq funksiyasını birbaşa silmək tələb olunub.

Lakin platforma rəhbərliyi tənzimləyicinin təyin etdiyi müddətdə reaksiya verməyib, nəticədə bütün tətbiqlərin bloklanması qərara alınıb.

Bununla belə, şirkətlər işini Pakistan qanunlarına uyğunlaşdırsa, qərar yenidən nəzərdən keçirilə bilər.

Qeyd edək ki, tanışlıq proqramları Pakistanda son dərəcə populyardır. Belə ki, son 12 ayda Tinder ölkədə təxminən 440,000 dəfə yüklənib. Grindr, Tagged və SayHi təxminən 300.000 dəfə, Skout isə 100.000 dəfə yüklənib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Pakistan  





Xəbər lenti