Ukrayna Minsklə bütün əlaqələri dayandırıb

Ukrayna Minsklə bütün əlaqələri dayandırıb
  28 Avqust 2020    Oxunub:2241
Belarusdakı vəziyyətlə əlaqədar Ukrayna bu ölkə ilə bütün əlaqələri dayandırıb.
Azvision.az xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba deyib.

"İndi biz Belarus tərəfi ilə bütün əlaqələrə fasilə vermişik. Bunu rəsmi olaraq bildirirəm. Belarus tərəfi ilə bütün təmasları dondurduq", XİN rəhbəri əlavə edib.

Onun sözlərinə görə, Kiyev Belarusdakı vəziyyətin inkişafını izləyəcək və durumun Ukrayna üçün heç bir siyasi, mənəvi risk daşımadığına əmin olduqda Minsklə əlaqələri bərpa edəcək.

Daha əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski həmkarı Aleksandr Lukaşhenkonun Belarusda təkrar seçki keçirməli, həmçinin "dubinkasız" bir dialoq formatı tapmalı olduğunu söyləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna  





Xəbər lenti