İran səfirliyi Azərbaycana başsağlığı verib

İran səfirliyi Azərbaycana başsağlığı verib
  26 Avqust 2020    Oxunub:3294
İran İslam Respublikasının Bakıdakı səfirliyi Ermənistanın Tovuz təxribatı zamanı şəhid olmuş azərbaycanlı hərbçilərin vəfatının 40-cı günü ilə bağlı başsağlığı verib.
Azvision.az -ın məlumatına görə, bu barədə səfirliyin “Twitter” səhifəsinndə paylaşım edilib.

“Ermənistanla son döyüşlərdə şəhid olan dost və qardaş Azərbaycan Respublikasının hərbçilərinin vəfatının 40-cı günü ilə əlaqədar başsağlığı veririk.

Məhərrəm ayı ilə eyni dövrə təsadüf edən şəhidlərin matəmləri bizim kədərimizin daha da artmasına səbəb olub. Allahdan bütün şəhid ailələrinə səbr diləyirik”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan   İran   Səfirlik  





Xəbər lenti