Avstriya rusiyalı diplomatı ölkədən çıxarır

 Avstriya rusiyalı diplomatı ölkədən çıxarır
  24 Avqust 2020    Oxunub:2457
Avstriya rusiyalı diplomatı ölkədən çıxarır.
Azvision.az TASS-a istinadla xəbər verir ki, bu barədə Avstriyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, onun hərəkətləri Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına zidddir.

Xatırladaq ki, Avstriya 1 sentyabr tarixinə qədər ərazisini tərk etməli olan rusiyalı diplomatı persona non-qrata elan edib. Diplomat casusu olmaqda şübhəli bilinir.

Belə ki, o, Avstriya vətəndaşı vasitəsi ilə ölkənin yüksək texnoloji müəssisələrindən birində məlumat toplamaqda şübhəli bilinir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Avstriya   XİN  





Xəbər lenti