Türkiyədə sel qurbanlarının sayı artdı - YENİLƏNİB

 Türkiyədə sel qurbanlarının sayı artdı -  YENİLƏNİB
  23 Avqust 2020    Oxunub:6150
Türkiyənin Girəsun və Rizə bölgələrində güclü yağış faciəyə səbəb olub.
Azvision.az xəbər verir ki, 7 rayonu əhatə edən sel və daşqınlar nəticəsində 5 nəfər həlak olub, 11 sakin itkin düşüb. Onlardan dördü polis əməkdaşıdır.

Fövqəladə Halların İdarə Olunması Agentliyinin əməkdaşları 133 nəfəri fəlakətdən xilas edib. İtkin düşənlərin axtarışına və fəsadların aradan qaldırılması işlərinə xüsusi qruplar, çox sayda texnika cəlb olunub.

Hazırda xilasetmə işləri davam etdirilir.

Azvision.az


Teqlər: Türkiyə   Sel   Fəlakət  





Xəbər lenti