Hindistanda virusa yoluxanların sayı 3 milyonu ötdü

Hindistanda virusa yoluxanların sayı 3 milyonu ötdü
  23 Avqust 2020    Oxunub:2927
Hindistanda son sutka ərzində 69 239 nəfər koronavirusa yoluxub, 912 ölüm faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifah Nazirliyi məlumat yayıb.

Bildirilib ki, virusa yoluxanların ümumi sayı 3 044 940 nəfərə çatıb. İndiyədək 56 706 pasiyent pandemiyanın qurbanı olub, 2 280 566 nəfər xəstəlikdən sağalıb.

Qeyd edək ki, Hindistan COVID-19-a yoluxma hallarının sayına görə dünyada üçüncü yerdədir.

Azvision.az


Teqlər: Hindistan   Koronavirus  





Xəbər lenti