"ABŞ beynəlxalq öhdəlikləri öz üzərindən atır" - Lavrov

    "ABŞ beynəlxalq öhdəlikləri öz üzərindən atır" -    Lavrov
  23 Avqust 2020    Oxunub:3970
Amerika Birləşmiş Ştatları bütün beynəlxalq öhdəliklərdən azad olmaq üçün hər şeyi edir.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rusiya 1" telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, ABŞ-ın eksterritorial sanksiyaları bunun bariz nümunəsidir.

"Çinin ABŞ-a çox satdığı və az aldığı üçün təhdid olduğuna qərar verdikdə amerikalılar Çindən idxala məhdudiyyət qoyurlar. Yaxud İran Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində razılaşdırılmış hər şeyi yerinə yetirsə də, Amerika ona qarşı sansiyalar tətbiq edir. Eyni dərəcədə bu, Venesuelaya da aiddir".

Azvision.az



Teqlər: ABŞ   Rusiya  





Xəbər lenti