Dünyada koronavirusa yoluxanların sayı 23 milyonu keçib

Dünyada koronavirusa yoluxanların sayı 23 milyonu keçib
  23 Avqust 2020    Oxunub:4008
Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 23,13 milyonu keçib.
Azvision.az xəbər verir ki, Worldometer saytının yenilənmiş məlumatlarına görə, virus ilə yoluxma hallarının sayı 23 130 374-ə çatıb. Bildirilib ki, 803 374 nəfər virusun qurbanı olub , 15 722 758 insan sağalıb. Eyni zamanda 6 604 311 xəstənin müalicəsi davam edir.

COVID-19 -a ən çox yoluxma və ölüm hadisələri ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 5 796 727 nəfər virusa yoluxub, 179 200 nəfər isə həyatını itirib.

Şahanə Rəhimli

Azvision.az




Teqlər: Koronavirus  





Xəbər lenti